"Bakı"nın hücumçusu Leandro Qomeş gələn futbol mövsümünün əvvəlində iştirak etməmək məcburiyyətindədir.
"Trendin" xəbər verdiyi kimi, çempionatın "İnter"ə qarşı sonuncu turunda oyunçunun aldığı iki sarı vərəqəni nəzərə alaraq, AFFA-nın İnzibati Komitəsi öz iclasında bu qərara gəldi. Ona görə də trenerlik qərargahı gələn çempionatın əvvəlində cənubi amerikalı oyunçuya ümid edə bilməz. Bakılılarla oyun zamanı arbitrlə mübahisə səbəbindən meydanı vaxtından əvvəl tərk etmiş "İnterin" belorus hücumçusu Vladimir Makovskini də bu aqibət gözləyir.
Xatırladaq ki, T.Bəhramov adına Respublika stadionunda "İnterə" minimal hesabla (1:0) qalib gəlmiş "Bakı" öz tarixində ilk dəfə olaraq ölkə çempionu titulunu qazanıb.