Təhsil sektorunun inkişafı layihəsinin rəhbəri Ceyms Stivensin başçılıq etdiyi Dünya bankı missiyası Azərbaycanla əməkdaşlığın perspektivlərini öyrənir. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, əməkdaşlıq perspektivləri nazir Misir Mərdanovun bankın missiya üzvləri ilə görüşündə müzakirə olunub.
Görüşdə missiya üzvləri əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildirib və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıb. Azərbaycana səfəri çərçivəsində missiya müxtəlif qurumlarda görüş keçirmək və monitorinq aparmaq niyyətindədir.