...

Hacıqabuldakı qəzadan sonra dəmiryolunun hərəkəti bərpa olunub

Cəmiyyət Materials 6 İyun 2006 15:02 (UTC +04:00)

Hacıqabulda baş vermiş qəza nəticəsində təxminən 1,5 ha sahə mazutla çirklənib. Bu barədə Trend ə Azərbaycanın Ekologiya və təbii sərvətlər nazirliyindən xəbər verilib.

İyunun 5-də Hacıqabul rayonunun Muğanlı stansiyasının yaxınlığında Gürcüstana gedən, içində M-40 markalı mazut olan 34 sisterndən 15-i relsdən çıxıb.

Nazirlikdən bildiriblər ki, Ekologiya nazirliyinin əməkdaşlar qrupu dərhal qəza yerinə gəliblər. İlkin məlumatlara görə, 800 tona yaxın mazutun tökülməsi nəticəsində bu ərazidə orta dərinliyi 15-20 sm olan mazut gölləri yaranıb.

Dövlət strukturunda bildiriblər: "Hazırda əlaqədar dövlət orqanları, eyni zamanda Ekologiya nazirliyi qəzadan dəyən ziyanın məbləğinin, onun səbəblərinin müəyyən edilməsi üzrə işlər aparır".

Hazırda marşrut üzrə hərəkət tamamilə bərpa edilib. Qəzanın səbəbinin ilkin versiyası kimi havanın yüksək temperaturu nəticəsində relslərin genişlənməsi göstərilir.

Xəbər lenti

Xəbər lenti