...

Antaliyada "Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasına dair hazırlıq Protokolu imzalandı

Cəmiyyət Materials 7 İyun 2006 18:05 (UTC +04:00)
Antaliyada "Azərbaycan və Türk diaspor təşkilatlarının  birgə fəaliyyət strategiyasına dair hazırlıq Protokolu imzalandı

İyunun 7-də Türkiyənin Antalya şəhərində Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyasının hazırlanmasına həsr olunmuş konfrans keçirildi.Trend in xususi muxbiri xəbər verir ki, konfransda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatı rəhbərləri, Azərbaycanın aparıcı qəzetlərinin, televiziya şirkətlərinin rəhbər və nümayəndələri iştirak ediblər. Bundan başqa, konfransa xaricdə yaşayan tanınmış azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri, Azərbaycan və Türkiyə parlamentinin üzvləri, hər iki ölkədə fəaliyyət göstərən ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət edilibler.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qısa giriş sözü ilə konfransı açaraq qeyd edib ki, Azərbaycan və Türk xalqlarının dərin tarixi, mədəni köklərə malik qardaşlığı bütün sahələrdə yaxından əməkdaşlıq etməyə, ən çətin və mürəkkəb məqamlarda birgə fəaliyyət göstərməyə imkan verir. "Dünyanın "qloballaşma" adlı mürəkkəb bir mərhələyə daxil olduğu, mədəniyyətlərarası dialoqun tarixi zərurətə çevrildiyi, beynəlxalq münasibətlər sistemində yeni nizamın yarandığı bir vaxtda Azərbaycan və Türk xalqlarının bir-birinə daha sıx yaxınlaşması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Tükiyənin qardaşlığı sonradan dost olanların münasibətləri deyildir. Bizim kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz eyni mənbədən qaynaqlanır. Bu münasibətlərin tarixi minilləri əhatə edir və əcdadlarımızdan bizə miras qalmış ən qiymətli sərvətidir. Qarşımızda duran ən mühüm vəzifələrdən biri bu mirası qorumaq, gələcək nəsillərə ötürməkdir". N.İbrahimov bildirdi ki, sevinici və kədəri eyni olan, iki dövlət yaratmış bir millətin diasporlarının ayrı-ayrılıqda fəaliyyət göstərməsi mümkünsüzdür.

Sonra çıxış üçün söz Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Şaban Dişliyə verildi. O, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin indiki səviyyəsinin diasporlar arasında əməkdaşlıq üçün də gözəl stimul yaratdığını qeyd edərək, bildirdi ki, Azərbaycan və Türkiyə rəhbərliyi də bu istiqamətdə atılacaq bütün addımlara dəstək verməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Ş.Dişli bildirdi ki, Türkiyənin və Azərbaycanın bir çox sahələrdə ortaq problemləri var və yalnız qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi bu problemlərin həllinə yardımçı ola bilər.

Sonra Türkiyə parlamentinin üzvü Yücel Artantaş çıxış edərək belə bir konfransın keçirilməsinin mühüm ictimai-siyasi hadisə olduğunu vurğuladı. O, Azərbaycan hökumətinin diaspor siyasətinin çox böyük nailiyyətlər qazandırdığını qeyd edərək, bu təcrübənin gəcələk üçün də ciddi baza olacağını söylədi.

Avropa Azərbaycanlıları konqresinin sədri Bahəddin Kaya isə çıxışında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın zamanın tələbindən irəli gələn bir zərurət olduğunu qeyd etdi. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin birliyinin ölkələrimizin ümumi inkişafının sürətlənməsidə və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oynayacağını qeyd etdi.

Almaniyada fəaliyyət göstərən Avropa Türk Demokratlar İttifaqının sədri Fevzi Cebe Azərbaycan və Türk icmalarının fəaliyyət birliyini müzakirə edərkən sosial və psixoloji amillərə diqqət yetirməyin vacib olduğunu qeyd etdi. F.Cebe Avropada və bir sıra xristian ölkələrində türklərin və azərbaycanlıların qarşılaşdıqları problemlərə laqeyd yanaşmasını qeyd edərək, bütün xristianların türkləri sevməyə məcbur olduğunu söylədi. "Siz bizi sevməyə məhkumsunuz. Çünki bizim dinimiz İsa peyğəmbərə və bütün Peytəmbərlərə sevgini təlqin edir".

Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti konfransın əhəmiyyətindən bəhs edərək, bunun bütün dünyada ciddi rezonansa səbəb olacağını söylədi. O, bu prosedə gənclərin fəal iştirakının vacib olduğunu qeyd etdi.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyev Azərbaycanın gənc bir dövlət olmasına baxmayaraq diaspor işinə xüsusi diqqət yetirməsinin təqdirəlyaiq hal olduğunu qeyd etdi. O, Azərbaycan və Türk icmalarının birgə fəaliyyətinin diasporumuzun həyatında yeni bir səhifə açdığını diqqətə çatdırdı.

Dövlət Komitəsinin sədri N.İbrahimov toplantıya yekun vuraraq qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türk icmalarının birgə fəaliyyətinin hər iki diasporun güclənməsinə stimul verəcəkdir. Sonra Azərbaycan və Türk icmalarının rəhbərləri "Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının hazırlanmasına dair Razılınq Protokolunu imzaladılar. İmzalanma mərasimindən sonra xatirə şəkli çəkdirili.

Xəbər lenti

Xəbər lenti