...

"Qarabağ" komandanın özəyini gələn mövsümdə də qoruyub saxlayacaq

Cəmiyyət Materials 16 İyun 2006 17:29 (UTC +04:00)

Azərbaycanın futbol kubokunun sahibi olan "Qarabağ" komandanın özəyini gəl mövsümdə də qoruyub saxlamaq niyyətindədir.

Trend agentliyinin məlumatına əsasən, aparıcı oyunçular komandanı tərk etməyib və hazırda UEFA kubokuna hazırlaşır. Yalnız yeni iş yeri axtarmalı olacaq Serbiyalı Zoran Çilinşek və Litvalı Egidius Yuşka istisnadır. Məşqçi heyəti komandanı gələcək çempionat üçün xeyli gücləndirməyi planlaşdırır. Bununla əlaqədar "Karvan"dan "Qarabağ"a hücumçu Kənan Kərimovu dəvət edilib. Yevlaxlılar bu yaxınlarda onun xidmətlərindən imtina edib, lakin onun qol duyğusu lazım ola bilər.

Qeyd etmək lazımdır ki, hazırda komanda komanda Qaxda bir həftəlik təlim-məşq hazırlığındadır.

Xəbər lenti

Xəbər lenti