...

"Xəzər" inişilki çempionatın ən yaxşı hücumçusunu özündə saxlayıb

Cəmiyyət Materials 21 İyun 2006 12:42 (UTC +04:00)

"Xəzər" futbol klubu əvvəl transfer etmək istədiyi inişilki fəslin ən yaxşı hücumçusu Zaur Ramazanovu öz tərkibində saxlamaq qərarına gəlib.

Trend in verdiyi xəbərə görə, lənkəranlıların yeni baş məşqçisi Ağasəlim Mircavadov ötən çempionatda özünü açıq şəkildə göstərə bilməyən istedadlı forvarda daha bir şans vermək qərarına gəlib. "Karvan"dan "Xəzər"ə keçmiş Z.Ramazanov birinciliyin və Ölkə kubokunun iyirmi yeddi görüşündə cəmi beş dəfə fərqlənib.

Eyni zamanda A.Mircavadov əvvəllər "Turan"ın qapısını müdafiə edən perspektivli qolkiper Kamran Ağayevi dəvət edərək, qapı mövqeyini möhkəmləndirmək qərarına gəlib. Bununla belə, bu, ötən uğursuz mövsümdən sonra öz tərkiblərini əhəmiyyətli dərəcədə möhkəmləndirmək niyyətində olan lənkəranlıların transfer fəallıqlarının başlanğıcıdır.

Xəbər lenti

Xəbər lenti