H.Əliyev adına İdman Konsert kompleksində güləş üzrə "Qızıl Qran-Pri" Finalına start verilib.
Trend agentliyi xəbər verir ki, təntənəli açılış mərasimi zamanı toplaşanlar qarşısında gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O deyib ki, güləş həmişə respublikada prioritet idman növü olub. "Son illər Azərbaycan pəhləvanları böyük uğurlar əldə edib. Onların qələbələri göz qabağındadır. Və biz ümid edirik ki, onlar qarşıdakı "Qızıl Qran-Pri"də Azərbaycan idmanının şöhrətini daha da artıracaq" - deyə qurumun rəhbəri vurğulayıb.
Eyni zamanda Beynəlxalq Federasiyanın (FILA) prezidenti yarışın yüksək təşkilatçılıq səviyyəsini qeyd edərək bütün yarış iştirakçılarına uğurlar arzılayıb. "Mən inanıram ki, turnir dostluq atmosferində keçəcək və bizə unudulmaz təəssürat bağışlayacaq.
Xatırladaq ki, yarışın birinci günü Yunan-Roma üslubunun ustaları tatamiya çıxacaq.