...

MDB dövlətlərinin Mədəni Əməkdaşlıq üzrə Şurasının iclası payıza keçirilib

Cəmiyyət Materials 24 İyun 2006 14:49 (UTC +04:00)

MDB dövlətlərinin Mədəni Əməkdaşlıq üzrə Şurasının iyunun 27-də Bakıda keçiriləcək növbəti iclası başqa vaxta təyin olunub. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bu, Birlik ölkələrinin mədəniyyət nazirlərinin məşğul olması ilə əlaqədardır.

Əldə olan məlumata görə, iclas cari ilin payızına təyin olunub.

Xatırladaq ki, Şuranın Bakı iclasında mədəni əməkdaşlığın inkişaf perspektivləri, mədəni irsin və müəllif hüquqlarının qorunması ilə bağlı məsələlərin, o cümlədən uzunmüddətli layihələrin gerçəkləşdirilməsi konsepsiyaları və mexanizmlərinin müzakirəsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti