...

Olimpiya çempionu Fərid Mansurovun idmana yenidən qayıtma müddəti məlum deyil

Cəmiyyət Materials 28 İyun 2006 13:14 (UTC +04:00)

Afinada keçirilən Olimpiya oyunlarının yunan-roma güləşi üzrə qalibi Fərid Mansurovun zədədən sonra bərpa müddəti hələ də məlum deyil.

İdmançının Trend ə verdiyi xəbərə görə, yaxın günlərdə o, Almaniyada tibbi müayinədən keçəcək və bu müayinənin nəticələrinə görə həkimlər onun idmana qayıtmasına dair qərar verəcəklər. "Hazırda mən asanlaşdırılmış proqram üzrə məşq edirəm və yalnız müxtəlif turnirlərdə çıxış edən komanda yoldaşlarıma görə həyəcan keçirirəm. Müstəsna deyil ki, mən qarşıdan gələn dünya çempionatına qədər lazımi formada ola bilməyəcəyəm, belə ki, bu mövsüm mənim üçün çox da uğurlu deyil", - deyə F.Mansurov bildirib.

Xatırladaq ki, idmançının beli xəsarət aldığından, o, dünya və Avropa birinciliyi də daxil omlaqla, ötən ilin bütün əhəmiyyətli yarışlarını qaçırıb.

Xəbər lenti

Xəbər lenti