...

"Bakı" futbol klubu Rumıniya və Gürcüstan legionerlərı ilə müqavilə imzalayıb

Cəmiyyət Materials 1 İyul 2006 12:40 (UTC +04:00)

Çempionlar liqasının ilk ixtisas raundunun startına hazırlaşan "Bakı"ya yeni oyunçular gəlib.

Trend in komandanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan çempionunun tərkibinə gürcü forvardı Qriqori Meqreladze və rumıniyalı yarımmüdafiəçi Mixail İoneski daxil olub. Hər iki futbolçu Böyükağa Hacıyev başda olmaqla, məşqçi qərargahına yaxşı təsir bağışlayıblar və indi Çempionlar liqasının gələcək oyunlarında "Bakı"nın tərkibində çıxış etmək şansına malikdirlər.

Eyni zamanda, komandada əhəmiyyətli itki olub, belə ki, bakılıların əsas yarımmüdafiəçisi Emin İmaməliyev "İnter"ə keçib. Əsas tərkibdə möhkəmlənə bilməyən gürcü pleymeykeri Aleksandr Rexviaşvili də klubu tərk edib.

Xəbər lenti

Xəbər lenti