"Neftçi" futbol üzrə ölkə çempionatına hazırlıq çərçivəsində Türkiyədə təlim -məşq hazırlıqlarına başlayıb.
Komandanın mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə verdiyi xəbərə görə, kollektiv ötən birinciliyin nəticələrinə görə dördüncü yeri tutaraq, İntertoto Kubokunda iştirakdan imtina edib və öz qüvvələrini yeni mövsümdə uğurlu çıxışın üzərində cəmləşdirməyi qərara alıb. Onun sözlərinə görə, Qurban Qurbanovun yetirmələri Bosfor sahillərində bir neçə sınaq görüşü keçirməyi, həmçinin tərkibi gücləndirməyə malik potensial yeni oyunçuları iş başında gözdən keçirməyi planlaşdırırlar. "Hələ sınaq oyunları üzrə rəqiblər məlum deyil, lakin əminliklə demək olar ki, rəqiblər kifayət qədər güclü komandalar olacaq", - deyə S.Səfiyarlı vurğulayıb.
Xatırladaq ki, "Neftçi" öz tərkibində əhəmiyyətli dəyişikliklər etmək niyyətindədir və artıq forvard Tomislav Mişuranın və yarımmüdafiəçilər Vadim Borets və Svyatoslav Stefanovun xidmətlərindən imtina edib.