...

Azərbaycanda traffikinqlə mübarizə üzrə mexanizmlərə ehtiyac yaranıb

Cəmiyyət Materials 7 İyul 2006 15:48 (UTC +04:00)

Azərbaycanda traffikinqlə mübarizə hallarının aşkar edilməsi və profilaktikası üzrə effektiv mexanizmlərin yaradılmasına ehtiyac var. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanda "qaynar xətt" üçün mütəxəssis hazırlığı və traffikinq qurbanları üçün xüsusi sığınacaqların hazırlanmasına dair treninqlərin yekunlarına həsr olunmuş mətbuat konfransında ATƏT-in Bakı ofisi rəhbərinin köməkçisi Robin Sivord bəyan edib.

Onun sözlərinə görə, bu mexanizmlərdən biri tezliklə Azərbaycanda fəaliyyət göstərməyə başlayacaq qaynar xəttdir. "Bu nömrə üçrəqəmli olacaq, lakin bu nömrə hələ dəqiqləşdirilməyib. Bu istiqamətdə Azərbaycan höküməti ilə danışıqlar aparılır", - deyə R.Siford qeyd edib və bildirib ki, istənilən şəxs maneəsiz olaraq bu nömrəyə məsləhət üçün zəng edə bilər. Bütün müraciətlər gizli və anonim olacaq. Bununla yanaşı, ATƏT nümayəndəsi qeyd edib ki, yalnız bir qaynar xəttin işləməsi kifayət deyil, traffikinq qurbanları barədə bütün informasiyanın toplaşdığı hüquq-mühafizə orqanları mərkəzinin yaradılması labüddür. Həmçinin R.Sivordun sözlərinə görə, bu işdə mətbuatın xüsusi rolu var.

Qeyd edək ki, qaynar xətt üçün mütəxəssis hazırlığı, həmçinin insan alveri qurbanları üçün sığınacaqların yaradılması üzrə dörd günlük seminarlarda Azərbaycanın 35 QHT nümayəndəsi iştirak edib. Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi, Miqrasiya üzrə beynəlxalq təşkilat və ATƏT-in Bakı ofisinin birgə səyləri nəticəsində təşkil olunub.

Xəbər lenti

Xəbər lenti