...

Milli Məclisin payız sessiyasında "İncəsənət təşkilatları haqqında" qanun layihəsi müzakirə ediləcək

Cəmiyyət Materials 12 İyul 2006 11:55 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında "İncəsənət təşkilatları haqqında" qanun layihəsi müzakirə ediləcək. Bu barədə Trend ə qanun layihəsini hazırlayan Mədəniyyət Məsələləri Daimi Komissiyasından bildirilib.

Qanun layihəsində əsasən incəsənət fəaliyyəti ilə məşğul olan təşkilatların vəzifələri, hüquqları, səlahiyyət və prinsipləri öz əksini tapıb. Sənəd eyni zamanda incəsənətlə məşğul olan təşkilatların bir-biri ilə, həmçinin,
digər strukturlarla münasibətlərini də tənzimləyəcək. Sənəddə sözügedən təşkilatları fərqləndirən meyarlar da öz əksini tapıb.

Qanun layihəsinin hazırlanmasında Mədəniyyət Məsələləri Daimi Komissiyasının işçi qrupu ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri də iştirak edib. Sənəd parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti