...

İsmayıl Ömərov: "Bir neçə ölkənin ictimai televiziyaları ilə yeni müqavilələr bağlayacağıq"

Cəmiyyət Materials 13 İyul 2006 12:29 (UTC +04:00)

Avqust ayında İctimai Televiziyanın (İTV) yaradılmasının bir ilinin tamam olması münasibəti ilə teleşirkət tərəfindən tədbirlər keçiriləcək. Bu barədə Trend ə İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov məlumat verib.

O bildirib ki, teleşirkət hazırda ad günü tədbirlərinə hazırlaşır. Onun sözlərinə görə, İTV-nin ekran-efirlə bağlı yeni layihələri var: "Şirkətimizin tam formalaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş yeni tədbirlərimiz də olacaq. Bir illik fəaliyyətlə bağlı mən hesabat vermişəm, avqust ayında isə mətbuat konfransı keçirib bütün yeniliklərlə bağlı ictimaiyyətə, kütiləvi informasiya vasitələrinə məlumat verəcəm".

İsmayıl Ömərov İTV-nin bu bir ildəki fəaliyyətini özü yaxşı qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, ictimai telekanalın digər bir yeniliyi başqa ölkələrin teleşirkətləri ilə qarşılıqlı əməkdaşlıq qurmasıdır: "Bir neçə ölkənin ictimai televiziyaları ilə yeni müqavilələr bağlayacağıq. Hazırda Polşa, Almaniya, Koreya ilə işləyirik. Bu ölkələrin ictimai televiziyaları ilə əməkdaşlığımız olacaq".

Xəbər lenti

Xəbər lenti