...

Ukrayna Azərbaycanlıları Konqresi idarə heyətinin səlahiyyətləri genişləndirilib

Cəmiyyət Materials 20 İyul 2006 11:03 (UTC +04:00)

Ukrayna Azərbaycanlıları Konqresi idarə heyətinin səlahiyyətləri genişləndirilib.

Bu barədə Trend in Ukraynadakı xüsusi müxbirinə UAK-ın mətbuat attaşesi Qaroğlan Tağıyev məlumat verib.

Onun sözlərinə görə, indi idarə heyəti müəyyən işguzar məsələlərə baxa biləcək. Əvəllər isə bu məsələlərin həlli üçün UAK Məclisini çağırmaq lazım idi.

Xatırladaq ki, bu qərar UAK-ın iyulun 16-da Kiyevdə keçirilmiş III Hesabat-Seçki Konfransının nümayəndələri tərəfindən qəbul edilib. Oqtay Əfəndiyev isə ikinci müddətə konfransın sədri seçilib.

Konfransda UAK sədrinin məruzəsi dinlənilib, o cümlədən UAK Nizamnaməsinə dəyişikliklər edilib.

UAK ümumukrayna statusuna malik könüllü, özünü idarə hüquqlu müstəqil ictimai təşkilatdır. UAK 1999-cu ilin martında yaradılıb və Ukraynanın 28 inzibati mərkəzində regional təşkilatları fəaliyyət göstərir. UAK-a Ukraynanın Azərbaycan icmasından təxminən 0,5 mln nəfər daxildir.

Xəbər lenti

Xəbər lenti