...

"EU Xəbər" qəzetinin 2 yaşı qeyd olunub

Cəmiyyət Materials 20 İyul 2006 18:47 (UTC +04:00)

İyulun 20-də Bakı Biznes Mərkəzində "EU xəbər" qəzetinin 2 yaşının tamam olması münasibətilə toplantı keçirilib. Trend in məlumatına görə, tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, diaspor təşkilatlarının, media orqanlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, iki ildir fəaliyyət göstərən "EU xəbər" qəzeti Belçikada fəaliyyət göstərən "Azərbaycan-Belçika Evi" Cəmiyyətinin rəhbəri, Nobel Qardaşları Adına Şəhid Övladları və Kimsəsiz Uşaqlar Sanatoriyasının vitse-prezidenti Bülənc Gürcamın baş redaktorluğu ilə çap olunur. Qəzet Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid və diaspor təşkilatı halında birləşməsinə, milli diasporumuzun formalaşmasına və gücləndirilməsinə xidmət edir.

Tədbirdə Nobel Qardaşları Adına Şəhid və Kimsəsiz Uşaqlar Sanatoriyasının direktoru Ramiq Muxtar çıxış edərək qəzetin fəaliyyəti və Bülənc Gürcamın gördüyü işlər barədə danışıb. O, Bülənc Gürcamı adı çəkilən Sanatoriyanın fəxri diplomu ilə təltif edib.

Xəbər lenti

Xəbər lenti