...

Ali məktəblərinin magistraturalarına qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 26 İyul 2006 12:50 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkənin ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının nəticələrini açıqlayıb.

2006-2007-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iyulun 23-də olub. Bu il magistraturada təhsil almaq üçün 4360 plan yerinə 10795 bakalavr ərizə verib (ötən il ərizələrin sayı 10469 olub). Onlardan 8502-si (ötən il 8286) Azərbaycan bölməsinin məzunları, 2293-ü (ötən il 2179) rus bölməsinin məzunlarıdır.

Magistraturaya qəbul imtahanlarının nəticələrinə əsasən 2701 bakalavr daxil olub. 1341 bakalavr bu ilin məzunlarıdır. 666 bakalavr təhsillərini fərqlənmə diplomu ilə bitiriblər. Daxil olanlar iyulun 28-dən avqustun 8-ə qədər qeydiyyatdan keçə bilərlər. Apelyasiya şikayətlərinə sentyabrın 1-dən 5-ə qədər baxılacaq.

Xəbər lenti

Xəbər lenti