2006-2007-ci tədris ilində ali məktəblərin magistraturalarına qəbul olunmamış bakalavrlar sentyabrın 1-dən 5-dək apellyasiya şikayəti verə bilər. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. TQDK iyulun 23-də keçirilmiş imtahanların nəticələrini iyulun 26-da açıqlayıb.
2006-2007-ci tədris ilində Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarına hazırlıqla əlaqədar TQDK-da bakalavrların şikayətlərinə baxılması ilə bağlı tələsməmək qərara alınıb. "Bu şikayətlərə qəbul imtahanlarından sonra baxılacaq", - deyə TQDK-dan bildirilib.
Xatırladaq ki, bu il ölkənin magistraturalarında plan üzrə 4360 yer ayrılıb. Ərizə vermiş 10795 nəfər bakalavrın 2701-i magistraturalara qəbul olunub.