...

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın tarixi və mədəni abidələrinin siyahısını yenidən gözdən keçirəcək

Cəmiyyət Materials 27 İyul 2006 12:57 (UTC +04:00)

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsi inventarlaşdırma - əhəmiyyətlilik dərəcəsinə görə dövlət qorunmasına alınmış tarixi və mədəni abidələr reyestrinə daxil olan tarixi və mədəni binaların monitorinqini keçirir.

Nazirliyin mədəni irs şöbəsinin rəisi Rizvan Bayramovun Trend ə verdiyi xəbərə görə, bu tədbir zamanın tələbidir. Adı çəkilən reyestrin bu yaxınlarda tərtib olunmasına baxmayaraq, o, ötən - 1968 və 1988-ci illərin reyestrinin məlumatlarını əsasən təkrarlayıb. Respublikada cəmi 6308 abidə var, onlardan 1956-sı Bakı və Bakı aqlomerasiyasındadır. Onlara memarlıq binaları, memarlıq, arxeologiya, bağ-park incəsənəti, monumental heykəltaraşlıq abidələri aiddir.

İşlərin bu ilin sonunadək tamamlanması planlaşdırılır.

Monitorinq Mədəniyyət və Turizm Nazirliyinin və onun ölkə rayonlarında yerli şöbələrinin işçiləri tərəfindən həyata keçirilir, həmçinin Memarlıq və İnşaat Universitetinin tələbələri də cəlb olunur. Rəisin sözlərinə görə, abidələrin hansı meyarlar üzrə bu və ya digər kateqoriyaya aid edildiyini və bizim bu və ya digər binada nəyi mühafizə etdiyimizi dəqiq müəyyənləşdirmək lazımdır. Belə ki, binaların bəzilərində interyeri, digərlərində şəhərin tarixi mühitinin qorunması üçün lazım olan fasadı mühafizə etmək lazımdır. Azərbaycanın keçmiş neft mədənləri sahiblərinin evləri isə tam qorunmalıdır.

Xəbər lenti

Xəbər lenti