Təhsil Nazirliyinin texniki - peşə təhsili şöbəsi 2007-2012-ci illər dövrü üçün sözügedən sahənin inkişaf konsepsiyasının layihəsini hazırlayıb. Trend xəbər verir ki, konsepsiyada əsas məqsəd ölkəmizin ixtisaslı fəhlə kadrlarına olan tələbatını ödəmək, təhsil sahəsində İslahat Proqramına uyğun olaraq texniki - peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, istehsal və xidmət sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdan ibarətdir.
Sənədin hazırlanmasında bir sıra proqramlar, dövlət təhsil siyasəti, həmçinin, YUNESKO-nun texniki - peşə təhsili ilə bağlı konseptual prinsipləri əsas götürülüb.
Konsepsiyada ölkədə texniki-peşə təhsilinin inkişaf mərhələləri, təhsil sisteminin məzmunu, vəzifələri, habelə, gözlənilən nəticələr öz əksini tapıb.