2004-cü il Olimpiadasının bürünc mükafatçısı İrada Aşumova Beynəlxalq atıcılıq federasiyasının (İSSF) növbəti reytinqində öz mövqeyini yaxşılaşdırıb.
Trend in xəbər verdiyi kimi, az kalibrli tapançadan iyirmi beş metrəyə atəş üzrə proqramda çıxış edən idmançılar arasında dərəcələr haqqında siyahıda İ.Aşumova doqquzuncu yerdən səkkizə qalxıb. Zaqrebdəki sonuncu Dünya çempionatında uğursuz çıxış edən Olimpiadanın üçqat iştiakçısı iki bolqar idmançısı Marina Qrozdeva və Antuaneta Bonevanı geridə qoyub. Təsnifatın lideri Çindən olan İnq Çendir. Ondan sonrakı yeri isə komanda yoldaşı Fenci Fey tutub.
Stend atıcılığı ustası Zemfira Meftahəddinova isə skit üzrə proqramın reytinqində səkkizinci yerdən onuncu yerə düşüb.