...

"Karvan" futbol klubu "Slaviya" ilə oyundan əvvəl itkilərlə üzləşib

Cəmiyyət Materials 10 Avqust 2006 13:53 (UTC +04:00)

"Karvan" futbol klubu UEFA Kubokunun ikinci raundunun avqustun 10-da "Şəfa" stadionunda keçiriləcək "Slaviya"ya qarşı oyunundan qabaq əhəmiyyətli itkilərə məruz qalıb.

Trend ə məlum olduğu kimi, baş məşqçi Yunis Hüseynovun ümid etdiyi komandanın forvardı Yakubu Bamba zədədən sonra hələ özünə gəlməyib. Güman edirdilər ki, idmançı praqalılarla görüşdə iştirak edə biləcək, lakin belə olmadı. Çox ehtimal ki, Y.Bamba olmadığı təqdirdə məşqçi UEFA Kubokunun birinci raundunda Trnava şəhərinin "Spartak" klubuna qarşı səfər oyununda "Karvan" klubuna qələbə gətirmiş Süleyman Kamaraya arxalanacaq.

Eyni zamanda lazımi qədər sarı kart almış, əsas fiqurlardan biri, Tunisdən olan yarımmüdafiəçi Bəşir Muqadi də yevlaxlıların tərkibində meydana çıxa bilməyəcək.

Xəbər lenti

Xəbər lenti