Brüsseldə fəaliyyət göstərən "Belcika Azərbaycan Evi"nin sədri Bülət Gürcam təmsil olunduğu Dünya Azərbaycanlıları Konqresinin (DAK) Belçika nümayəndəsi vəzifəsindən istefa verib. Bu barədə Trend ə "Belcika Azərbaycan Evi"ndən məlumat verilib.
B.Cürcam istefa ilə bağlı bəyanatında bildirib ki, DAK-ın apardığı tutarsız, Azərbaycan diasporuna zidd işlərə və bir-birindən xəbərsizlik problemlərinə görə DAK-ın Belcika nümayəndəliyi və DAK Məclisi üzvlüyündən istefa verir. Lakin DAK-da sıravi üzvlüyünü konqresin bu il Brüsseldə keciriləcək IX qurultayına qədər davam etdirdiyini və həmin qurultayda DAK sədrliyinə namizədliyini irəli sürəcəyini bəyan edib.
"İstefamın başlıca səbəbi DAK-ın heç bir bölgə nümayəndəliyi ilə birgə hərəkət etməməsi, DAK sədrinin özbaşına hərəkəti, digər ölkələrdəki DAK nümayəndələri ilə əlaqələr qurmadan həmin ölkələrdə tutarsız və ziyanlı işlər görməsi, DAK-ın Bakı Ofisi rəhbərliyinin məsul üzvlərindən xəbərsiz mətbuat konfransları kecirməsi və acıqlamalar verməsi, həmçinin yanlış məlumatlar yayılmasıdır. DAK-ın sədrliyinə namizəd kimi qarşıdakı qurultaya yeni bir nizamnamə ilə gəlmək fikrimi bildirirəm. DAK-ı birləşdirməyin və təşkilatın Mərkəzi Ofisin Avropanın paytaxtı Brüsseldə olmasinin tərəfdarıyam"-deyə B.Cürcam qeyd edib.
O, həmçinin bu yaxınlarda DAK-ın Bakı ofisinin mətbuat xidməti tərəfindən yayılan Brüsseldə Xocalı soygırımını anım heykəlinin qoyulacağı və artıq bununla bağlı icazə alınması barədəki məlumatı təkzib edib. Bildirib ki, "Belcika Azərbaycan Evi"nin bu məsələ ilə bağlı hec bir məlumatı yoxdur və DAK tərəfindən verilən acıqlama gercəklikdən uzaqdır.