...

İlahiyyat və dinşünaslıq ixtisasları üzrə mütəxəssislərin məlumat bazası yaradılacaq

Cəmiyyət Materials 24 Avqust 2006 19:54 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda dini maarifçiliyin artırılması, dini icma və qurumlarda savadlı mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq ilahiyyat və dinşünaslıq ixtisasları üzrə təhsilə malik mütəxəssislərin məlumat bazasının yaradılması işinə başlayır. Bu barədə Trend ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ali və orta ixtisaslı dini mütəxəssislərin hazırlanması həm ölkə daxilində fəaliyyət göstərən universitet və mədrəsələrdə, həm də bir sıra xarici ölkələrdə həyata keçirilir. Ölkədə kifayət qədər dini mütəxəssisin olmasına baxmayaraq, onlar haqda müvafiq informasiya bazasının olmaması həmin mütəxəssislərin üzə çıxarılması və sistemləşdirilməsində çətinlik yaradır.

Buna görə də Dövlət Komitəsi sentyabrın 1-dən noyabrın 1-dək qeydəalma prosesi aparacaq. Müraciət edənlərin bilik səviyyəsinin yoxlanılması üçün xüsusi komissiya müsabiqə keçirəcək.

Xəbər lenti

Xəbər lenti