Azərbaycanın qadınlardan ibarət voleybol yığması Qran-Prinin Taypeydə keçirilən seçmə turnirinin ikinci mərhələsində məğlubiyyətə uğrayıb.
Trend xəbər verir ki, Faiq Qarayevin yetirmələri qrupun ikinci oyununda 2:3 hesabı ilə kubalılara məğlub olub. Əvvəlcə hər şey komanda üçün yaxşı başlandı və birinci partiyada yerli idmançılar qalib gəldi- 25:22. Fasilədən sonra da voleybolçular uğura yaxın idi, lakin tay-brekdə rəqiblərə təslim oldular - 26:24. Lakin üçüncü partiyada yığma görüşün gedişatını dəyişə bildi və Natalya Məmmədovanın uğurlu hücumları sayəsində 25:21 hesabı ilə qalib gəldi. Lakin kubalılar təslim olmaq istəmirdilər və dördüncü dövrədə 25:21 hesabı ilə qalib gəldilər.
Beləliklə, hər şey sonuncu beşinci partiyada həll olundu. Bu zaman Kuba nümayəndələri daha üstün göründülər və qalib gəldilər - 15:12.