...

Qazaxıstan komandasının yarımmüdafiəçisi: Azərbaycan yığması ilə oyun sadə olmayacaq

Cəmiyyət Materials 5 Sentyabr 2006 12:05 (UTC +04:00)

Azərbaycana qarşı oyun sadə olmayacaq. Bu barədə Trend ə Qazaxıstan komandasının kapitanı Samat Smakov Avropa-2008 çempionatının T.Bəhramov adına Respublika stadionunda keçiriləcək seçmə görüşü ərəfəsində bildirib.

Onun sözlərinə görə, Şahin Diniyevin yetirmələrinin Belqradda cüzi məğlubiyyəti (0:1) rəqibin ciddi olduğundan, qrupda sürprizlər təqdim etməyə qadir olduğundan xəbər verir. Eyni zamanda S.Smakov qeyd edib ki, onun komanda yoldaşları Belçikaya qarşı səfər qarşılaşmasında etdikləri kimi (0:0) meydan sahiblərindən xalları almağa çalışacaqlar.

"Düşünürəm ki, oyun kifayət qədər maraqlı olacaq, çünki hər iki yığma qələbəyə can atır", - deyə müdafiəçi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti