...

Bakıda BMT-nin Xəzər Ekoloji Proqramının təşkilatçılığı ilə beynəlxalq seminar keçiriləcək

Cəmiyyət Materials 12 Sentyabr 2006 18:13 (UTC +04:00)

Sentyabrın 13-dən 16-dək Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyi və BMT-nin Xəzərin ekoloji proqramı Xəzər suitilərinin qorunmasına həsr olunmuş beynəlxalq seminar keçirir.

Trend in AMEA-nın torpaq haqqında elmlər şöbəsinə istinadən xəbər verdiyi kimi, seminarda Böyük Britaniya, İsveç, bütün Xəzəryanı və digər ölkələrdən 30 mütəxəssisin, o cümlədən iştirakçı ölkələrdən aspirant və tələbələrin iştirakı gözlənilir.

Seminardan sonra Xəzərdə 10 günlük tədqiqatlar başlayacaq.

Bu tədbirlər Böyük Britaniya hökuməti tərəfindən, "Darvin təşəbbüsü" dövlət proqramı (Xəzər suitiləri üçün təhlükə yaradan amillərin müəyyən edilməsi və aradan qaldırılması) ilə dəstəklənən layihə çərçivəsində həyata keçirilir. 4 illik layihədə yuxarıda adları çəkilən ölkələr iştirak edir. Layihə Böyük Britaniya hökuməti və iştirakçı ölkələr tərəfindən maliyyələşdirilir.

Layihənin rəhbəri Britaniya universitetinin əməkdaşı Lids Sayman Qudman, Azərbaycan tərəfdən isə H.Zərdabi adına təbiət tarixi muzeyinin direktoru Tariyel Heybətovdur.

Xəbər lenti

Xəbər lenti