...

Ombudsman uşaq və yeniyetmələrin dərslik və dərs ləvazimatları ilə təmin olunması vəziyyətini öyrənib

Cəmiyyət Materials 15 Sentyabr 2006 19:26 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova yeni dərs ili münasibətilə uşaq və yeniyetmələrin təhsili, dərslik və dərs ləvazimatları ilə təmin olunması vəziyyətini öyrənib. Trend xəbər verir ki, yeni dərs ili ərəfəsində ombudsman Gürcüstanda səfərdə olarkən soydaşlarımızın problemləri ilə tanış olub.

Ombudsman Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva ilə birlikdə Gürcüstandakı azərbaycanlı məktəblilərin istifadəsi üçün ayrılan dərslik və dərs ləvazimatının təqdim olunması mərasimində iştirak edib. E.Süleymanova Marneulidə yenicə işə başlamış mədəniyyət mərkəzində yaxın günlərdə yeni layihə üzrə soydaşlarımız üçün gürcü dili kurslarının fəaliyyətə başlamasını təqdir edib.

E.Süleymanova Füzulinin "Qayıdış" qəsəbəsindəki yeni ümumtəhsil məktəblərinə də baş çəkib, buradakı kitabxanalar üçün 1000-dək müxtəlif ədəbiyyat aparıb. Ombudsman Bərdə rayonuna səfəri çərçivəsində yeni tikilib istifadəyə verilən Z.Əliyeva adına Bərdə şəhər orta məktəbində olub. Bu günlərdə isə ombudsman tərbiyə müəssisəsinə gedərək azyaşlı məhkumlarla görüşüb, onun vəsaiti ilə Təhsil Nazirliyi tərəfindən yetkinlik yaşına çatmayan məhkumlar üçün üç kompüter ayrılıb.

Xəbər lenti

Xəbər lenti