...

Maynz şəhərində keçirilən Azsaylı Xalqların Beynəlxalq festivalında Azərbaycan diasporu fəal iştirak edib

Cəmiyyət Materials 20 Sentyabr 2006 15:56 (UTC +04:00)

Almaniyanın Maynz şəhərində keçirilən Azsaylı Xalqların Beynəlxalq festivalında bu ölkədə yaşayan Azərbaycan diasporu da iştirak edib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Beynəlxalq festivalda Maynz-Azərbaycan Cəmiyyəti fəal iştirak edib, Azərbaycan mədəniyyətini, milli məxbəxini, tarixi həqiqətlərini əks etdirən nümunələrdən istifadə edib. Cəmiyyət bu festivalda milli xörəklərimizi, həmçinin Azərbaycanla bağlı jurnallar, bukletlər paylayıb.

Qeyd edək ki, beynəlxalq festivalda 34 dövlətə məxsus stendlər nümayiş etdirilib, 70 min nəfər iştirak edib. Dövlət Komitəsindən bildirlib ki, yüksək səviyyədə keçən festivalda Maynz-Azərbaycan Cəmiyyəti Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Festivalda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti