Bakılı Yuri Məmmədov velosipedlə Bakı-Tiflis-Ceyhan boru kəməri boyunca ikiaylıq səyahətdən qayıdıb.
Trend lə söhbətində Y.Məmmədov bildirib ki, o, 2 ay ərzində 1500 km-dən çox yol qət edib. Marşrut neft boru kəməri boyunca - Bakıdan Türkiyənin cənub sahili, daha sonra isə bu ölkənin şimal-qərbinə - Antalya - İzmir - Trabzon - Ceyhan istiqamətində olub. Səyahət Yunanıstanın Perqam və Troya şəhərləri boyunca davam edib.
Qeyd edək ki, Y.Məmmədov 30 ilə yaxındır ki, velosiped idmanı ilə məşğul olur. Ən yadda qalan səyahətləri Parisə, Olimpiya oyunlarının vətəni Peloponnes yarımadasına (1996), Pamir, Almatı və Rusiyaya (80-ci illər) velosiped yarışlarıdır.