...

Məhkəmə-Hüquq Şurası məhkəmələrin fəaliyyətində şəffaflığın təminatı üçün tədbirlər planlaşdırır

Cəmiyyət Materials 6 Oktyabr 2006 14:27 (UTC +04:00)

Azərbaycanda məhkəmələrinin şəffaflığının təmin olunması üçün Məhkəmə-Hüquq Şurası bir sıra tədbirlər həyata keçirəcək. Bu barədə Trend ə Məhkəmə-Hüquq Şurası Aparatından məlumat verilib.

Bu şəffaflığın təmin olunması məqsədilə ilk növbədə "Açıq qapı" kampaniyasına başlanılması nəzərdə tutulub. Kampaniya çərçivəsində kütləvi informasiya vasitələri əməkdaşlarına ayda bir dəfədən az olmamaq şərti ilə Məhkəmə Hüquq Şurasının monitorinq qrupuyla birgə monitorinqlərdə iştirak etmək imkanı yaradılması planlaşdırılıb. Monitorinqlərin nəticələri bülleten şəklində çap olunacaq və müzakirə üçün Məhkəmə Hüquq Şurasında təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti