...

Azərbaycanın ağır atletika yığması Olimpiadaya 4 lisenziya qazanmaq şansına malikdir

Cəmiyyət Materials 9 Oktyabr 2006 15:19 (UTC +04:00)

Azərbaycanın ağır atletika yığması Olimpiadaya 4 lisenziya qazanmaq üçün yaxşı imkanlara malikdir.

Trend in xəbər verdiyi kimi, Santo-Dominqoda keçirilən dünya çempionatında komanda 64 xal toplayaraq Almaniya ilə 13-14-cü yerləri bölüşdürüb ki, bu da ona Oyunlara 4 lisenziya əldə etmək hüququ verir. Ancaq ölkəyə veriləcək lisenziyaların sayının iki mundialın yekunları üzrə müəyyən ediləcəyi ilə əlaqədar, atletlərimizin öz göstəricilərini yaxşılaşdırmaq üçün hələ imkanları var. Bundan başqa, kollektivi Oyunlara 5 vəsiqə qazandıran 12-ci mövqedən cəmi 1 yer ayırır.

Çinli atletlər rəqabətdən kənarda qalıb. Onlar 7 qızıl medal qazanıb ki, bunun da 5-i qadın atletlərin hesabındadır.

Xəbər lenti

Xəbər lenti