...

"Bakı" futbol klubu Qvineya forvardını transfer etmək fikrindədir

Cəmiyyət Materials 9 Oktyabr 2006 15:23 (UTC +04:00)

Ölkənin futbol üzrə çempionu "Bakı" yaxın vaxtlarda qvineyalı forvard Pate Banqura ilə vidalaşmaq niyyətindədir.

Trend xəbər verir ki, Böyükağa Hacıyevin başçılığı ilə komandanın məşqçi qərargahı hücumçunun oyunundan və onun intizamsızlığından narazıdır, belə ki, cari mövsümdə o, hələ kluba görə heç bir qol vurmayıb. Halbuki onu "Gənclərbirliyi" klubundan alarkən, "Bakı" afrikalıya çox ümid bəsləyirdi, lakin indi o, əsas heyətdə çox az-az görünür. Həm də indi hücumda əsas rolu Azərbaycan çempionatının ən yaxşı snayperlərindən biri - tərəfdaşından daha səmərəli fəaliyyət göstərən braziliyalı Leandro Qomeş oynayır.

Ehtimal olunur ki, komanda P.Banquranı qış fasiləsi dövründə transferə qoyacaq və yenə də yaxşı hücumçu axtarışına çıxacaq.

Xəbər lenti

Xəbər lenti