...

AIBA-nın rəhbər heyəti Bakıya, boks üzrə Dünya Kubokuna gələcək

Cəmiyyət Materials 10 Oktyabr 2006 16:10 (UTC +04:00)

Ümumdünya Həvəskar Boks Assosiasiyasının (AİBA) rəhbər heyəti tam tərkibdə oktyabrın 15-də Bakıda başlayacaq Dünya Komanda Kubokuna gələcək.

Milli Federasiyanın direktoru Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, paytaxta AİBA-nın başçısı Ənvər Çoudri, təşkilatın vitse-prezidenti Emil Jeçev, eləcə də AİBA-nın İcraiyyə Komitəsinin praktiki olaraq bütün üzvləri gələcəklər. "Bakıya Avropa Assisiasiyasının prezidenti Eduard Xusainov da gələcək. Ona görə də fəxri qonaqlarımız heç də az olmayacaq. Xüsusən, hamı Azərbaycanın təşkilatçılıq qabiliyyətinə çox gözəl bələddir və əmindir ki, Dünya Kuboku yüksək səviyyədə keçəcək", - deyə A. Əbiyev bildirib.

Qeyd etmək lazımdır ki, yarışda Rusiya, Kuba, Qazaxıstan, Çin, Ukrayna, ABŞ komandaları, Afrika yığması və təbii ki, rinq sahibləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti