2006-cı ilin 9 ayı ərzində Azərbaycan ərazisində həkimin təyinatı olmadan narkotik və psixotrop maddələrdən istifadə etmiş 25 nəfər dünyasını dəyişib. Bu barədə Trend ə Narkomanlığa və Narkotik Iasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Ümumiyyətlə isə qeyd olunan dövrdə narkotiklərlə əlaqədar 1873 cinayət faktı qeydə alınıb. Həmin cinayətlərdən 635-i satışla bağlıdır.
Ayrı-ayrı şəxslərdən 462 kiloqram 679 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 34 kiloqram 720 qram heroin, 112 kiloqram 962 qram tiryək, 190 kiloqram 609 qram həşiş, 116 kiloqram 497 qram marixuana, 517 həb psixotrop dərman preparatları, 10,8 qram sirkə anhidridi, 0,53 qram metadon, 7 kiloqram 880 qram xaşxaş samanı götürülüb.
Yabanı bitmiş və qanunsuz əkilib-becərilmiş 376 tondan artıq narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib.