...

Dünya azərbaycanlıları Bastiliya meydanındakı etiraz aksiyasına qoşulacaqlar

Cəmiyyət Materials 19 Oktyabr 2006 18:50 (UTC +04:00)

Oktyabrın 21-də Fransada qondarma erməni soyqırımını tanımayanların cəzalandırılması ilə bağlı sənədin qəbuluna etiraz olaraq, Parisin Bastiliya qalası qarşısındakı meydanda keçiriləcək aksiyada Azərbaycan diasporunun nümayəndələri də iştirak edəcəklər. Trend xəbər verir ki, bir sıra azərbaycanlı tələbə təşkilatları, həmçinin Dünya Azərbaycanlıları Konqresi bu barədə bəyanat verib.

Türkiyə İşçi Partiyasının çağırışına qoşulan Azərbaycan diasporunun nümayəndələrilə yanaşı, etiraz aksiyasında bütün türk dünyasından nümayəndə və təşkilatlar iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti