...

Azərbaycanlı qrossmeyster Rəsul İbrahimov Essena açıq çempionatının 6-cı turunda qələbə qazanıb

Cəmiyyət Materials 26 Oktyabr 2006 15:36 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Rəsul İbrahimov bu günlərdə Essenada (Hollandiya) keçirilən açıq çempionatın 6-cı turunda qələbə qazanıb.

Trend in xəbər verdiyi kimi, hesabat oyun günündə qara fiqurlarla oynayan şahmatçımız Slovakiya nümayəndəsi Yaromir Bednarı məğlub edib və xal göstəricisini 4 bala çatdırıb. Analoji nəticəni birinciliyin daha 9 iştirakçısı da göstərir. Buna görə də yüksək yer uğrunda əsas mübarizə hələ qabaqdadır. R.İbrahimov əlavə göstəricilərə görə 12-ci yerdə qərarlaşıb. Çempiontada birinciliyi isə ukraynalı Mixail Brodski qoruyub saxlayır.

Qeyd edək ki, Essenada gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov da çıxış edir. O, hələlik macar Yudit Polqar ilə birinci yeri bölüşdürür.

Xəbər lenti

Xəbər lenti