Milli Məclisin üzvü, parlamentin intizam komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Beynəlxalq Həvəskar Boks Federasiyasının (BHBF) baş katibi vəzifəsinə namizədliyini irəli sürüb. Trend xəbər verir ki, federasiyanın konqresi noyabrın 1-də Dominikanda öz işinə başlayacaq.
Noyabrın 4-də isə baş katib vəzifəsinə seçkilər keçiriləcək. Sözügedən posta bir neçə namizəd var. Seçkilərin nəticələri noyabrın 4-də məlum olacaq.