Azərbaycanlı bodibilder Vüqar Verdiyev Ostravda başa çatmış dünya çempionatının yarımfinalına çıxıb.
Milli Federasiyanın prezidenti Rauf Bünyadəliyevin Trend ə verdiyi məlumata görə, 90 kq-dək çəki dərəcəsində çıxış edən atlet yaxşı forma nümayiş etdirərək 15 yarımfinalçı sırasına daxil olub. "Hesab edirəm ki, Vüqar yaxşı çıxış edib. Bundan başqa, o, öz çəki dərəsində çıxış etməyib. Biz onun məhz finala çıxmasını qarşıya məqsəd qoymamışdıq. Axı dünya çempionatı gələn il Bakıda keçiriləcək planet birinciliyinə hazırlıq meydanı kimi nəzərdə tutulmuşdu", - deyə R.Bünyadəliyev nəzərə çatdırıb.
O qeyd edib ki, Çexiyada Rövşən Quliyev (90 kq) də yaxşı forma nümayiş etdirib. Tezliklə onu veteranlar arasında mundialda çıxış gözləyir.