Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova N saylı hərbi hissənin əsgərləri ilə görüşüb. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.
Zabit və əsgərlər qarşısında çıxış edən müvəkkil, respublikamızda aparılan ardıcıl dövlət siyasəti nəticəsində müasir tələblərə cavab verən Silahlı Qüvvələrin yaradıldığını, ordu quruculuğunda mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib.
E.Süleymanova şəxsi heyəti Iətənin müdafiəsinə daim hazır olmağa, hərbi biliklərə mükəmməl yiyələnməyə, ideoloji hazırlığı və döyüş ruhunu, nizam-intizamı daha da yüksəltməyə çağırıb.
Ombudsman həmçinin əsgərlərin məişət şəraiti, qidalanması, ordudan tərxis olunması məsələlərini və hərbi hissədə qanunlara riayət olunmasını, gənc əsgərlərlə rəftarın vəziyyətini araşdırıb.