...

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev AIBA Baş katibi vəzifəsinə seçkilərdə məğlub olub

Cəmiyyət Materials 7 Noyabr 2006 12:14 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Santo-Dominqodakı Konqresdə Beynəlxalq boks həvəskarları Assosiasiyasının (AIBA) Baş katibi vəzifəsinə seçilməyib.

Trend xəbər verir ki, A.Əbiyev kresloya əsas namizəd hesab olunurdu, lakin AIBA-nın hazırki başçısı Ənvər Çoudrinin öz mövqeyini qoruyub saxlaya bilməməsi onun planlarına mane olub. Bu təşkilatın yeni prezidenti Tayvan nümayəndəsi, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vu Çinq-Kuo seçilib. 60 yaşlı Çinq-Kuoya 83, 83 yaşlı Ə.Çoudriyə isə - 79 Konqres nümayəndəsi səs verib.

Beləliklə, Tayvan nümayəndəsi 1998-ci ildə AIBA başçısı seçkilərində məğlub olmasının əvəzini çıxıb. O zaman Ə.Çoudri səslərin 70 faizindən çoxunu toplamışdı. Səsvermənin yekunlarından dərhal sonra pakistanlı Konqres zalını tərk edib, yeni prezident isə öz seçkiqabağı nitqində boksun Olimpiya mövqelərini möhkəmləndirməyə və federasiyanın maliyyə problemlərini həll etməyə söz verib.

Xəbər lenti

Xəbər lenti