...

Jurnalistlərin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi qarşısında icazəsiz piketi dağıdıldı

Cəmiyyət Materials 7 Noyabr 2006 16:54 (UTC +04:00)

Noyabrın 7-də "Azadlıq" qəzetinin əməkdaşları və digər jurnalistlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında icazəsiz piket keçirməyə cəhd göstəriblər. Trend in məlumatına görə, polis əməkdaşları aksiyaçıların Dövlət Komitəsinin binası qarşısına toplanmasına imkan verməyiblər.

Qeyd edək ki, piketdən əvvəl artıq Xətai Rayon Polis İdarəsi tərəfindən əraziyə polis qüvvələri cəlb olunmuşdu. Piketə cəhd göstərilən zaman "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və digərlərinin Dövlət Komitəsinin binasına yaxınlaşmasının qarşısı alındı. Lakin piketə cəhd göstərən jurnalistlər bəzi şüarlar səsləndirdilər. Polis əməkdaşları aksiyaçıları Cavanşir körpüsünə (keçmiş Qaqarin körpüsü) tərəf sıxışdırmağa başladı və jurnalistlərin əllərindən plakatları aldılar.

"Azadlıq" qəzetinin baş redaktoru da daxil olmaqla təxminən 10 nəfərə yaxın aksiyaçı saxlanılaraq polis bölməsinə aparıldı. Lakin onlar bir qədər sonra sərbəst buraxıldılar.

Xatırladaq ki, jurnalistlər "Azadlıq" qəzetinin və KİV-lərin yerləşdiyi binadan çıxarılmalarına etiraz edirdilər.

Xəbər lenti

Xəbər lenti