...

Azərbaycan voleybolçuları dünya çempionatında Braziliyaya uduzublar

Cəmiyyət Materials 8 Noyabr 2006 19:15 (UTC +04:00)

Voleybol üzrə Azərbaycanın qadın yığması Yaponiyada keçirilən dünya çempionatının ikinci qrup mərhələsinə Braziliyaya məğlub olmaqla başlayıb.

Trend -in verdiyi məlumata görə, görüş geniş təcrübəsi sayəsində qələbə çalan cənubi amerikalıların xeyrinə 3: 0 hesabı ilə başa çatıb. Faiq Qarayevin yetirmələri ilk partiyada heç də pis görünməmələrinə və mundialın favoritləri ilə eyni səviyyədə oynamalarına baxmayaraq, setin sonunda braziliyalılar qalib gəliblər - 25:21.

Fasilədən sonra oyun forvard Nataliya Məmmədovanın rəqibi tərəfindən nokdauna göndərilməsinə qədər bərabər səviyyədə gedib. Belə ki, braziliyalının zərbəsi Azərbaycan voleybolçusunun başına dəyib. Nəticədə, ikinci partiya da cənubi amerikalıların qələbəsi ilə bitib (25:21), lakin üçüncü mərhələdə komandanın partiyanı udmağa şansı olub. Lakin sonda yenidən Braziliya yığması güclü çıxaraq iki top üstünlüyü ilə - 25:23 qələbə çalıb.

Xəbər lenti

Xəbər lenti