...

WBA titulu uğrunda döyüşdə peşəkar boksçu Əli İsmayılovun rəqibi braziliyalı olacaq

Cəmiyyət Materials 9 Noyabr 2006 12:29 (UTC +04:00)

Peşəkar Braziliya boksçusu Luziano Torres dekabrın 16-da Bakıda keçiriləcək WBA (World Boxing Association) kəməri uğrunda döyüşdə Əli İsmayılovun rəqibi olacaq. Azərbaycanlı boksçu Trend ə bildirib ki, "Yaqubov və Co" promouter şirkətinin başçısı Aleksandr Yaqubov cənubi amerikalının keçirdiyi altmış bir döyüşün lent yazısının olduğu kasetlərini ona təqdim edib. Bu zaman o, əlli iki döyüşdə qələbə qazanıb və kifayət qədər təcrübəli döyüşçülərdəndir və idmançı Ə.İsmayılova əsl döyüş göstərəcək. "Guman edilir ki, braziliyalı nəzərdə tutulan döyüşdən beş gün əvvəl Bakıya gələcək, bundan sonra biz birgə mətbuat konfransı keçirəcək və çəkimiz ölçüləcək",- deyə Əli vurğulayıb.

Xatırladaq ki, titul uğrunda mübarizə on iki raunddan ibarət olacaq ki, burada çox şey boksçuların fiziki hazırlığından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti