...

Məhkəmələrdə yeni hakim ştatlarının təsis edilməsi məhkəmə sahəsindəki problemlərin tam həlli deyil

Cəmiyyət Materials 22 Noyabr 2006 14:38 (UTC +04:00)

Məhkəmələrdə yeni hakim ştatlarının təsis edilməsi məhkəmə sahəsindəki problemlərin tam həlli deyil. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

Nazir qeyd edib ki, hakim ştatının artırılması ilə yanaşı bu vəzifəyə yalnız peşəkarlığa, yüksək savada, mənəvi keyfiyyətlərə malik hüquqşünaslar seçilməli və təyin olunmalıdırlar. "Bugünkü seçim qaydası bizə imkan və ümid verir ki, bü vəzifəyə layiqli insanları seçib təyin olunmaları üçün Prezident İlham Əliyevə təqdim edə bilək. 2005-2006-cı illər məhkəmə sistemində köklü islahatların həyata keçirilməsi sahəsində çox əlamətdar dövr olub. Hər bir demokratik cəmiyyətdə, o cümlədən də Azərbaycanda məhkəmə orqanı müstəsna rol oynayır. Son iki il ərzində Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində işçi qrupu tərəfindən fəaliyyət planı müəyyən olunub və qanunlarımızda çox mütərəqqi dəyişikliklər müşahidə edilib" - deyə F.Məmmədov vurğulayıb.

F.Məmmədov bildirib ki, artıq mövcud hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi başa çatmaq üzrədir və yeni təyinatlar üçün tərtib olunacaq siyahı yaxın vaxtlarda Prezidentə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti