...

Azərbaycan və Küveytin Təhsil nazirlikləri əməkdaşlıq haqqında saziş imzalayacaq

Cəmiyyət Materials 24 Noyabr 2006 15:25 (UTC +04:00)

Azərbaycan və Küveytin Təhsil nazirlikləri əməkdaşlıq haqqında saziş imzalayacaq. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, bu qərar təhsil naziri Misir Mərdanovun küveytli həmkarı Adil Tebatebai ilə görüşü zamanı qəbul olunub.

Nazirlər M.Mərdanovun islam ölkələri təhsil nazirlərinin 3-cü konfransında iştirak etmək üçün Küveytə səfəri çərçivəsində görüşüb. Tərəflər təhsil sahəsində əlaqələrin genişləndirilməsi, kadr hazırlığı, tələbə və müəllim mübadiləsi ilə bağlı razılaşma əldə edib.

Xəbər lenti

Xəbər lenti