...

QMİ sədri Küveytə səfər edəcək

Cəmiyyət Materials 24 Noyabr 2006 15:49 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam hacı Allahşükür Paşazadə noyabrın 25-də Küveytə səfər edəcək. Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

Səfər Küveytin Vəqflər və İslam İşləri Nazirliyinin dəvəti ilə həyata keçiriləcək. Qafqaz müsəlmanlarının dini lideri və onu müşayiət edən din xadimlərindən ibarət nümayəndə heyəti noyabrın 26-29-da Küveytdə keçiriləcək IIII beynəxalq konfransda iştirak edəcək.

Konfransda QMİ sədrinin çıxışı, o cümlədən nüfuzlu din xadimləri ilə görüşləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti