...

MDB ölkələri mədəni sərvətlərin oğurlanması ilə mübarizə və onların qaytarılmasının təmin olunmasında əməkdaşlığı genişləndirir

Cəmiyyət Materials 6 Dekabr 2006 17:14 (UTC +04:00)

MDB ölkələri mədəni sərvətlərin oğurlanması ilə mübarizə və onların qaytarılmasının təmin olunmasında əməkdaşlığı genişləndirir. Bu barədə Trend MDB-nin icraiyyə komitəsinə istinadən xəbər verir.

Bu məqsədlə mədəni sərvətlərin oğurlanması ilə mübarizə və onların qaytarılmasının təmin olunması ilə bağlı dövlətlərin əməkdaşlıq barədə razılıq layihəsi hazırlanır. Layihə bu gün və sabah mütəxəssislər qrupunun iclasında müzakirə olunur. Razılıq layihəsində mədəni sərvətlərin oğurlanması ilə mübarizədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə milli qanunvericiliyin yaradılması, habelə iştirakçı tərəflərin sərvətlərin oğurlanması ilə mübarizədə universal və regional beynəlxalq danışıqlar nizamnaməsinin yerinə yetirilməsi üçün tədbirlər planının həyata keçirilməsi; sərvətlərin oğurlanması ilə bağlı cinayət hadisələrin və bu mübrizənin nəticələrinin analizi; sərvətlərin oğurlanması əleyhinə ölçü götürmək üçün hüquq-mühafizə və digər orqanların birgə mexanizminin qurulmasına dair MDB dövlətləri əməkdaşlığının inkişafını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti