...

"Xəzər" futbol klubu "Bakı"nın yarımmüdafiəçisinin alınmasında maraqlıdır

Cəmiyyət Materials 13 Dekabr 2006 15:00 (UTC +04:00)

Azərbaycan yığmasının və "Bakı"nın yarımmüdafiəçisi Ceyhun Sultanov ölkə çempionatının lideri "Xəzər"in diqqət mərkəzindədir.

Trend in verdiyi xəbərə görə, turnir cədvəlinə əzmlə başçılıq edən lənkəranlılar, orta xətti möhkəmləndirmək üçün əvəzsiz olan bu futbolçunu əldə etmək üçün maraqlıdır. Xüsusilə də, son vaxtlar futbolçu "Bakı"nın əsas heyətinə düşmür və vaxtını ehtiyatda oturmaqla və ya əvəzləyici kimi meydana çıxmaqla keçirir. Yaxın qış transfer fasiləsi zamanı "Xəzər"in çempiona C. Sultanovun alınması ilə bağlı rəsmi təklif edəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda "Bakı"nın baş məşqçisi Böyükağa Hacıyev Ceyhunun yaxşı formada olmadığından gileylənib ki, bu səbəbdən o, matçlarda var qüvvəsi ilə çıxış etməyib.

Xəbər lenti

Xəbər lenti