...

"Teleradio fəaliyyətinin tənzimlənməsinin aktual problemləri" mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət Materials 13 Dekabr 2006 18:04 (UTC +04:00)
"Teleradio fəaliyyətinin tənzimlənməsinin aktual problemləri" mövzusunda dəyirmi masa keçirilib

Bu gün - dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Media Hüququ İnstitutu və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə "Teleradio fəaliyyətinin tənzimlənməsinin aktual problemləri" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə teleradio yayımının tənzimlənməsinin hüquqi və texniki aspektləri ətrafında müzakirələr aparılıb.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı tədbirin məqsədi haqqında məlumat verib. Qurumun hüquqşünası Ələsgər Məmmədli "Teleradio yayımının tənzimlənməsinin hüquqi aspektləri" mövzusunda məruzə edib. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz isə "Efir tezliklərindən istifadənin effektivliyinin artırılması" mövzusunda çıxış edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bölmə müdiri Qulam Abdullayev və Radiotezliklər üzrə Dövlət Komissiyasının məsul katibi Adil Məsimov dövlət tərəfindən bu istiqamətdə aparılan işlər haqqında məlumat veriblər. Tədbirdə ölkənin teleradio sahəsinin inkişafı və bu sahədə efir tezliklərindən səmərəli istifadə edilməsi üçün təkliflər səsləndirilib.

Xəbər lenti

Xəbər lenti